özügedən maşınlar

Tırtıllı traktorlar da daxil olmaqla tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan nəqliyyat vasitəsi

özfəaliyyət turizmi
özünüməşğulluq
OBASTAN VİKİ
Maşınlar
Maşın (yun. μηχανη; lat. mechané: "qurğu", "avadanlıq" deməkdir) — qurğu və tərtibat toplusu olub konkret tapşırıqların həlli zamanı insan əməyini tam və ya nisbətən əvəz etmək üçün tətbiq olunur. Onların böyük əksəriyyəti təkrar olunan işlərdə güclərin çevik və rahat tətbiqi üçün nəzərdə tutulur. Maşınların başqa tətbiq sahəsi yüklərin nəqlidir. Qədim antik dövründə mövcud olan mənasına ("Deus ex machina") görə maşınlar yeni dövrə qədər ilk növbədə aldadıcı qurğu kimi, daha sonra isə işçi qurğu kimi başa düşülmüşdür. XX əsrdə elektronikanın inkişafı ilə əlaqədar olaraq maşın sözü kompüter proqramlarına da aid edilir. Mühəndislikdə mexaniki maşınlar elektronik avtomatlardan fərqləndirilirlər. Avtomatlar müəyyən işi insan müdaxiləsi olmadan yerinə yetirdiyi halda, maşınların idarə edilməsi lazımdır. Praktiki olaraq maşınları 4 qrupa bölmək olar: Energetika maşınları (mühərriklər, nüvə reaktorları, istilik və başqa çeviricilər) İnformasiya maşınları (EHM, musiqi alətləri, rabitə qurğuları, informasiya emalında istifadə edilən maşınlar) Material emal edən maşınlar (dəyirmanlar, sobalar, dəzgahlar və s.) Nəqliyyat və qaldırıcı maşınlar (avtomobil, kranlar, qatar və s.) Çox vaxt avtomobilləri də maşın adlandırırlar.
Özügedən avtomobil
Özügedən avtomobil və ya avtonom avtomobil həmçinin sükansız avtomobil içində saxladıqları avtomatik idarə sistemləri sayəsində bir sürücüyə ehtiyac duymadan yolu, nəqliyyat axınını və ətrafını dərk edərək sürücünün müdaxiləsi olmadan gedə bilən avtomobillərdir. Özügedən avtomobilləri radar, GPS, odometr, kompüter görüşü kimi texnologiyalar və texnikalar istifadə edərək ətrafındakı cisimləri dərk edə bilməkdədir. Avtonom avtomobillərin tarixinə baxanda 1920–1930-cu illərdə bəzi gözə dəyən sistemlər avtonom avtomobillərin müjdəsini çoxdan vermişdirlər. Öz-özünə gedə bilən ilk modellər 1980-ci illərdə ortaya çıxmışdı. İlk avtomobil 1984-cü ildə Karnegi Mellon Universitetinin həyata keçirdiyi navlab və ALV layihələri ilə həyata keçirildi. Bu layihəni 1987-ci ildə Mercedes-Benz firmasının və Bundesver Universitetinin bir yerdə həyata keçirtdiyi Eureka Prometheus layihəsi izlədi. Bu iki avtomobilədən sonra saysız şirkət minlərlə avtonom avtomobillər istehsal etdilər və bu avtomobillərin bəziləri hal-hazırda bir neçə ölkədə nəqliyyata açılmış vəziyyətdədirlər. Özügedən avtomobilləri nəqliyyat sektorunda bir inqilaba yol açaraq avtomatik texnika sektorunda da böuük bir çevrilişə səbəb olacaq kimi görünür. Sürücüsüz nəqliyyat vasitəsi texnologiyalarındakı sürətli inkişaf çok yaxın bir zamanda Henri Fordun oyununun qaydalarını böyük ölçüdə dəyişdirəcək. Xüsusilə avtomatik texnikalar sənayesi bu inkişafdan ən çox təsir alan sənayelərdən biri olacaq.
Hidravlik maşınlar
Hidravlik maşınlar (və ya hidromaşın) daxilindən keçən mayeyə mexaniki enerji verir (nasos), ya da mayenin enerjisinin bir hissəsini götürərək faydalı iş üçün işçi maşının hidromühəriklər valının fırlanma hərəkətinə çevirirlər. Hidravlik maşınlara həcmi və pərli nasoslar, həcmi və pərli hidromühərriklər, hidroötürmələr aiddirlər. Həcmi maşınlar tsiklik olaraq maye nəql edən boru ilə əlaqədə olan işçi kameraların dəyişməsi ilə işləyir. Buna misal olaraq porşenli nasosu və hidromühərriki göstərmək olar. Pərli hidromaşınların işçi üzvləri üzərində pərlər bərkidilmiş fırlanan çarxdan ibarətdir. Enerjinin mayedən işçi çarxa və ya əksinə keçməsi çarxın pərlərinin axan maye ilə dinamik qarşılıqlı təsiri nəticəsində baş verir. Pərli hidravlik maşınlara mərkəzdənqaçma və vintli nasoslar, hidroturbinlər aiddirlər.Bunlar da hidravlik maşınların daha da təkminləşməsinə imkan yaradır.Bunlardan daha çox fizikada istifadə edlir. == İstinadlar == Rezo Əliyev. Maşınqayırma leksikonu. I hissə, Bakı: Appostrof nəşriyyatı, 2012, 430 s.
Maşınlar 2
Maşınlar 2 (ing. Cars 2) — Pixar Animation Studios tərəfindən 2011-ci ildə hazırlanmış animasiya filmi. Bu 2006-ci ildə işıq üzü görmüş "Maşınlar" filminin davamıdır.
Maşınlar (film)
Maşınlar (ing. Cars) — Pixar Animation Studios tərəfindən 2006-cı ildə hazırlanmış animasiya filmi. Film, Disney şirkəti 2006-cı ilin yanvarında satın almazdan əvvəl Pixar-ın son müstəqil istehsalı olmuşdur. Filmin rejissoru Con Lasseterdir. “Maşınlar” filmindəki bütün personajlar insanabənzər, danışa bilən nəqliyyat vasitələridir. Film Şimşək Makkuin adlı lovğa bir yarış avtomobilinin hekayəsindən bəhs edir. O, ən vacib yarışa gedərkən “Radiator Springs” adlı kiçik bir şəhərcikdə ilişib qalır. Orada olarkən o, təvazökarlığın və başqalarına hörmət qoymağın vacibliyini dərk edir. 1998-ci ildə “Bir böcəyin həyatı” cizgi filminin istehsalı başa çatdıqdan sonra “Pixar” yeni layihəsi üzərində işlərə başlamışdır. Filmin ilkin konsepsiyası “Sarı avtomobil” adlanırdı.
Elektron Hesablayıcı Maşınlar zavodu
Elektron Hesablayıcı Maşınlar zavodu — Müdafiə Sənayesi Nazirliyinin tabeliyində müəsisə. == Tarixi == Elektron Hesablayıcı Maşınlar zavodu SSRİ Nazirlər Sovetinin 5 may 1972-ci il tarixli, 944 nömrəli qərarı ilə yaradılmış, tikintisi 1972-1986-cı illərdə aparılmışdır. 1993–2005-ci illərdə Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində fəaliyyət göstərmişdir. 2006-cı ildən Müdafiə Sənayesi Nazirliyinin tabeliyindədir. == Fəaliyət sahələri == Elektron Hesablayıcı Maşınlar zavodu yaradıldığı zaman vahid seriyalı (EC-1010-1061) elektron-rəqəm hesablama maşınlarının tərkibinə daxil olan elektron və elektromexaniki qurğuların hazırlanması üzrə ixtisaslaşmışdı. Elektron Hesablayıcı Maşınlar zavodunun fəaliyyət istiqamətləri aşağıdakılardır: Elektron aparatların və qurğuların istehsalı Elektromexaniki və mexaniki qurğuların istehsalı Elektrik avadanlıqlarının istehsalı Elektrotexniki qurğuların və su təsərrüfatı texnikasının ehtiyat hissələrinin istehsalı Lokomotivlərin avtomatik bloklarının istehsalı Sənaye və məişət cihazlarının istehsalı Ağac emalı Texnoloji tərtibatların və alətlərin hazırlanması == Texnoloji imkanları == Elektron Hesablayıcı Maşınlar zavodunun fəaliyyəti aşağıdakı istehsal sahələrindən ibarətdir: Mexaniki yığma sahəsi: müxtəlif materiallardan olan detalların mexaniki emalı dairəvi şlifləmə qaz mühitində yarımavtomat qaynaqlama Karkas ştamplama və qaynaqlama: pressləmə soyuq ştamplama arqon-qövs qaynağı qövs qaynağı qaz qaynağı Metalların, alətlərin və tərtibatların termiki emalı Əlvan metalların, rezin və plastik kütlələrin tökülməsi və emalı Ağac emalı Qalvanik emal: misləmə kimyəvi oksidləmə sinkləmə xromlama anodlama passivləşdirmə Lak-boya ilə örtükləmə. Alət istehsalı: ştampların və pres qəliblərinin istehsalı alət və tərtibatların hazırlanması Qeyri-standart avadanlıqların hazırlanması Metroloji nəzarət: zərbə və rəqsi sınaq parametrlərinin təyin edilməsi elektrik və radioelektrik ölçmələri kütlə, qüvvə və təzyiq ölçmələri sürət, təcil və zaman ölçmələri iqlim və metroloji sınaqlar.
Maşınlar 2 (cizgi filmi, 2011)
Maşınlar 2 (ing. Cars 2) — Pixar Animation Studios tərəfindən 2011-ci ildə hazırlanmış animasiya filmi. Bu 2006-ci ildə işıq üzü görmüş "Maşınlar" filminin davamıdır.